​Çexiya Azərbaycan qazına maraq göstərir

​Çexiya Azərbaycan qazına maraq göstərir Yan Mladekin sözlərinə görə, Çexiyanın Azərbaycandan neft idxal etməsi onların marağına xidmət edir
Energetika
3 Mart , 2015 16:27
​Çexiya Azərbaycan qazına maraq göstərir

Bakı. 3 mart. REPORT.AZ/ Çexiya 2014-cü ildə neft idxalının 31,5%-ni Azərbaycan hesabına təmin edib. “Report”un məlumatına görə, bunu Bakıda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladek jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Çexiyanın Azərbaycandan neft ixrac etməsi onların marağına xidmət edir: “Çexiya Azərbaycandan uzunmüddətli qaz tədarükündə maraqlıdır. Bu, yalnız qaz kəmərləri inşa edilib, istifadəyə verildikdən sonra mümkün olacaq. Hazırda Çexiya Azərbaycanda neft idxal edir. Bizim üçün bu, çox vacibdir - 2014-cü ildə neft idxalının 31,5%-i Azərbaycan nefti hesabına təmin edilib. Bu gün Çexiyanın idxal etdiyi neftin 2/3 hissəsi Rusiyadan alınır. Bu səbəbdən bir neft mənbəyindən asılı olmaq istəmirik. Buna görə də Azərbaycanla qaz sahəsində də uzunmüddətli əməkdaşlıqda maraqlıyıq”.

Y.Mladek Trans-Anadolu Qaz Kəməri (TANAP) ilə bağlı da fikirlərini bölüşüb: “Nabucco”, “Cənub axını” layihələrinin baş tutmadığı, “Türkiyə axını”nın isə uzunmüddətli layihə olduğu şəraitdə TANAP ən real layihədir”.

Xatırladaq ki, Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıda keçirilən ikitərəfli biznes forumda iştirak edib.

Son xəbərlər

Orphus sistemi