​Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsindəki ölkələr qaz tranzitinə görə haqq almayacaq

​Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsindəki ölkələr qaz tranzitinə görə haqq almayacaq Ölkələr vergiləri yerli şirkətlərdən alacaqlar
Energetika
7 İyul , 2016 10:31
​Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsindəki ölkələr qaz tranzitinə görə haqq almayacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsindəki ölkələr qaz tranzitinə görə haqq almayacaqlar, çünki Trans-Adriatik Boru Kəməri (TAP) özəl layihədir.

"Report"un "Natural Gas Europe" saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə bildirib.

Mənbə qeyd edib ki, TAP-ın yerli şirkətləri Yunanıstan, Albaniya və İtaliyada qeydiyyatdan keçməlidir: "Adı çəkilən ölkələr vergiləri bu şirkətlərdən alacaqlar".

TANAP-ın baş direktoru Saltuk Düzyol Türkiyənin "Hürriyet" qəzetinə bildirib ki, TANAP-dan 1 000 kubmetr qazın nəql xərci 70 dollar təşkil edəcək: "Bunun 30%-i layihənin səhmdarlarından olan BOTAŞ-a çatacaq. Boru xəttindən axan hər 1 000 kubmetr qaza görə Türkiyə büdcəsinə 5,95 dollar vergi ödəniləcək".

Xatırladaq ki, Gürcüstan hökuməti tranzit haqqı olaraq illik 1 mlrd. kubmetr "Şahdəniz" qazı almağı ümid edir.

Cənub Qaz Dəhlizi - Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəmərindən (TAP, Yunanıstan, Albaniya, İtaliya) ibarətdir.

Son xəbərlər

Orphus sistemi