Cəlilabad və Neftçala rayonlarının iki kəndinə ilk dəfə qaz verilib

Cəlilabad və Neftçala rayonlarının iki kəndinə ilk dəfə qaz verilib Nəticədə 931 abonent qazla təmin olunub
Energetika
23 Fevral , 2016 15:18
Cəlilabad və Neftçala rayonlarının iki kəndinə ilk dəfə qaz verilib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlərin davamı olaraq bu gün Cəlilabad və Neftçala rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 501 abonenti olan Əliqasımlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 705 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinə ilk dəfə təbii qaz verilməsiylə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 430 abonenti olan kəndin qazlaşdırılması zamanı 34 344 metrlik polietilen və metal borulardan istifadə olunub, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi