​Cəlilabad rayonunun daha üç kəndinə təbii qaz verilib

​Cəlilabad rayonunun daha üç kəndinə təbii qaz verilib Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
26 May , 2015 15:12
​Cəlilabad rayonunun daha üç kəndinə təbii qaz verilib

Bakı. 26 may. REPORT.AZ/ Mayın 26-da Cəlilabad rayonunun Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndlərinə təbii qazın verilişi bərpa olunub. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumata görə, 188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16126 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5 190 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 83 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 4 331 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi