​“Bulla-dəniz” yatağında yeni quyu qazılır

​“Bulla-dəniz” yatağında yeni quyu qazılır Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək
Energetika
6 Avqust , 2015 14:09
​“Bulla-dəniz” yatağında yeni quyu qazılır

Bakı. 6 avqust. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 125 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Layihə dərinliyi 6 200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 150 ton kondensat və 800 min kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi