Bu ilin ilk yarısında AÇG-də neft hasilatı 16 mln. ton olub

Bu ilin ilk yarısında AÇG-də neft hasilatı 16 mln. ton olub AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda olub
Energetika
22 Avqust , 2016 13:16
Bu ilin ilk yarısında AÇG-də neft hasilatı 16 mln. ton olub

Bakı. 22 avqust.REPORT.AZ/ Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan ümumi hasilat gündəlik orta hesabla 655 min barel və ya ümumilikdə 119 mln. bareldən artıq, yəni 16 mln. ton təşkil edib.

"Report" xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətinin ilin ilk yarısı ilə bağlı hesabatında qeyd olunub: "İki rüb ərzində AÇG-dən ümumi hasilat "Çıraq" (51 000 barel), "Mərkəzi Azəri" (153 000), "Qərbi Azəri" (117 000), "Şərqi Azəri" (71 000), "Dərinsulu Günəşli" (136 000) və "Qərbi Çıraq" (127 000) platformalarından birlikdə – gündəlik orta hesabla 655 min barel və ya ümumilikdə 119 mln. bareldən artıq, yəni 16 mln. ton təşkil edib".

Qeyd olunub ki, hesabat dövründə stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

İyun ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda olub.

2016-ci ilin birinci yarısında AÇG-də 9 neft hasilat quyusu, 3 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi