​Bu il Mərkəzi Asiya neftinin Azərbaycandan tranziti azalacaq

​Bu il Mərkəzi Asiya neftinin Azərbaycandan tranziti azalacaq Bu, dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlıdır
Energetika
11 Mart , 2015 12:44
​Bu il Mərkəzi Asiya neftinin Azərbaycandan tranziti azalacaq

Bakı.11 mart. REPORT.AZ/ Bu il "Middle East Petroleum" şirkəti vasitəsi ilə həyata keçirilən neft və neft məhsullarının nəqlində azalma gözlənilir. "Report"un məlumatına görə, bunu şirkətin daxil olduğu "Azersun Holding"in Müşahidə Şurasının sədri Abdolbari Goozal bildirib.

"Middle East Petroleum" neftdaşıma fəaliyyətini bu gün də davam etdirir. Biz terminalçılığımızı edirik və bu iş davam edir. Təbii ki, iqtisadi böhran hər yerdə neftin bir az azalmasına səbəb olub. Burada xam neftdən əlavə neft məhsulları da daşınır. Təqribən ildə 2-2,5 mln. ton miqdarında neft məhsulları keçəcək. Dübəndi və Bakı terminallarından neft və neft məhsulları ilə birlikdə cəmi 7 mln. ton mal daşınacaq", - deyə Holdinq rəhbəri vurğulayıb.

A.Goozalın fikrincə, bu il şirkətin mal daşımaları, Bakı-Ceyhan boru kəməri ilə də nəqletmə nəzərə alınmaqla 5-6 mln. ton miqdarinda proqnozlaşdırılır. Yəni, keçən ildən bir qədər az olacaq: "Azalma neftin qiymətinin düşməsi ilə bağlıdır. Bir -iki ilə neftin qiyməti yaxşılaşarsa, nəqletmə yenidən artacaq. Daşıma xərcləri isə artmayıb, hətta biz daha yaxşı şərait yaradırıq".

"Azersun Holding"in başçısı qeyd edib ki, "Middle East Petroleum"un həyata keçirdiyi neft və neft məhsulları daşımalarının 60%-i Qazaxıstan, 40%-i isə Türkmənistanın payına düşür.

Son xəbərlər

Orphus sistemi