Bu il Ceyhandan 18,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bu il Ceyhandan 18,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb Avqust ayında isə 2,2 mln. ton Azərbaycan nefti bu limandan ixrac olunub
Energetika
7 Sentyabr , 2015 16:54
Bu il Ceyhandan 18,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 205 834 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu həcm ötən ilin avqust ayına nisbətən 0,41% azdır.

Bu ilin avqust ayında dünya bazarına çıxarılan həcmin 880 458 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 898 796 ton təşkil edib. Bu isə ötən ilin analoji dövründən 0,71% azdır.

Ümumiyyətlə, BTC kəməri istismara veriləndən (2006-cı il) 2015-ci il sentyabrın 1-nə qədər Ceyhan limanından 280,835 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.

Son xəbərlər

Orphus sistemi