​Bu il Ceyhan limanından təxminən 24 mln. ton neft dünya bazarına çıxarılıb

​Bu il Ceyhan limanından təxminən 24 mln. ton neft dünya bazarına çıxarılıb Bu ilin oktyabr ayında limandan 2,3 mln. ton yola salınıb
Energetika
5 Noyabr , 2015 17:59
​Bu il Ceyhan limanından təxminən 24 mln. ton neft dünya bazarına çıxarılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində 2 285 420 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin oktyabr ayından 8% az olub.

Bu ilin oktyabr ayındakı həcmin 1 440 540 tonunu (ötən ildən 12% az) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 23 967 398 ton təşkil edib. Bu göstərici isə ötən ilin müvafiq dövründən 2% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il noyabrın 1-nə qədər Ceyhan limanından 285,907 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-cı ildən istifadədədir.

Son xəbərlər

Orphus sistemi