Bu il Bakı-Ceyhan kəməri ilə 19 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

Bu il Bakı-Ceyhan kəməri ilə 19 mln. tondan artıq Azərbaycan nefti nəql olunub İndiyədək BTC-yə 283 mln. tona yaxın neft vurulub
Energetika
7 Sentyabr , 2015 17:35
Bu il Bakı-Ceyhan kəməri ilə 19 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 298 159 ton Azərbaycan nefti nəql olunub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə 7% azdır.

"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-avqust aylarında bu kəmərlə 19 157 662 ton neft ötürülüb və bu, ötən ilin analoji dövründən 2% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə veriləndən (2006-cı il) 2015-ci il sentyabrın 1-nə qədər BTC-yə 282,982 mln. tondan artıq neft vurulub.

Bundan başqa, 2015-ci ilin avqust ayında BTC kəməri ilə ümumilikdə 347,05 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub ki, bu da ötən ilin avqust ayına nisbətən 28% azdır.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli"  (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi