​Bu il Azərbaycanda 96 yaşayış məntəqəsinə qaz verilib

​Bu il Azərbaycanda 96 yaşayış məntəqəsinə qaz verilib Yanvar-may aylarında 6 340 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb
Energetika
9 İyun , 2016 11:39
​Bu il Azərbaycanda 96 yaşayış məntəqəsinə qaz verilib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 6 340 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi