​Bu il 206 çoxmərtəbəli binaya qaz verilib

​Bu il 206 çoxmərtəbəli binaya qaz verilib SOCAR: Həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır
Energetika
3 İyul , 2015 14:55
​Bu il 206 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 206 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin binalarda ümumilikdə 3 912 ailə yaşayır.

Qurum, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlı olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi