Bu gün Bakının 10 küçəsində su olmayacaq

Bu gün Bakının 10 küçəsində su olmayacaq Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir
Energetika
16 Dekabr , 2014 10:36
Bu gün Bakının 10 küçəsində su olmayacaq

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 16-da gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S.Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi