BTC kəmərinə əsaslı xərclər 73% artıb

BTC kəmərinə əsaslı xərclər 73% artıb Əməliyyat xərcləri ötən ilin müvafiq dövrünə nisbətən isə 16% azalıb
Energetika
22 Avqust , 2016 15:29
BTC kəmərinə əsaslı xərclər 73% artıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 61 mln. ABŞ dolları, əsaslı xərclərə isə 26 mln. dollar xərclənib.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 16% azalıb, əsaslı xərclər isə 73% artıb.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən indiyədək bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,49 mlrd.barel (332 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3 278 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci yarımillikdə BTC vasitəsilə təqribən 17,3 mln. ton (130 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənib.

Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi