"BTC FOB Ceyhan" tipli xam neft son bir ildə 47% ucuzlaşıb

"BTC FOB Ceyhan" tipli xam neft son bir ildə 47% ucuzlaşıb "Urals" tipli xam nefti isə illik müqayisədə dəyərdən 47,4% düşüb
Energetika
3 Avqust , 2015 15:07
BTC FOB Ceyhan tipli xam neft son bir ildə 47% ucuzlaşıb

Bakı. 3 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında dünya bazarında təyyarə yanacağının 1 tonunun orta qiyməti illik müqayisədə 437,86 ABŞ dolları, yaxud 46,25% azalaraq 508,82 dollar olub. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, "Platts European Marketscan" nəşrində "FOB MED (Italy)" başlığı altında dərc olunmuş neft məhsullarının dünya bazarı kotirovkalarında göstərilib.

Məlumatlara görə, ötən ay etilləşdirilməmiş benzinin qiyməti 35,92% ucuzlaşaraq 643,33 dollar/ton, dizel yanacağı 44% azalaraq 494,77 dollar/ton, 1% kükürdlü mazutun qiyməti isə 2,1 dəfə geriləyərək 291,64 dollar/ton olub.

"Platts Crude Oil Marketwire" nəşrinə görə, iyulda "BTC FOB Ceyhan" tipli xam neftin bir barelinin qiyməti illik müqayisədə 47% ucuzlaşaraq 57,60 dollar olub. Nəşr "Brent" (DTD) tipli xam neftin qiymətinin 46,98% ucuzlaşaraq 56,54 dollar/barel, "Urals" (MED) tipli xam neftin dəyərinin isə 47,44% ucuzlaşaraq 55,84 dollar/barel olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi