Bakı. 22 aprel. REPORT.AZ/ London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neft qiymətləri müxtəlif trendli dinamika nümayiş edib.
"Report" xəbər verir ki, WTI markalı yüngül neftin may fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında 1,29% artaraq bir barel üçün 43,18 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin iyun fyuçersləri 2,33% azalaraq bir barel üçün 44,53 dollara bərabər olub.