​Neftin qiyməti ucuzlaşıb

​Neftin qiyməti ucuzlaşıb "Brent"in bir bareli 41,47 dollara düşüb
Energetika
22 Mart , 2016 09:58
​Neftin qiyməti ucuzlaşıb

Bakı. 22 mart. REPORT.AZ/ London və Nyu-Yorkun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətləri ucuzlaşıb.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 0,19% düşərək bir barelə görə 41,44 dollar təşkil edib.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçersləri 0,17% aşağı düşərək 41,47 dollar/barel təşkil edib.

Son xəbərlər

Orphus sistemi