Bakı. 1 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,14 dollar və ya 1,95% bahalaşaraq 59,47 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,55% yaxud 1,58 dollar irəliləyərək 63,59 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.