Bakı. 3 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,16 dollar yaxud 0,33% bahalaşaraq 49,17 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,32 dollar və ya 0,74% irəliləyərək 50,04 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.