Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən gün ABŞ-da iş günü olmadığından, WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti ötən həftənin sonundakı səviyyədə, yəni 29,42 dollar/barel qalıb.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,39 dollar və ya 1,35% ucuzlaşaraq 28,55 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 30 dollar/barel olacağı gözlənilir.