Bakı. 21 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,76% yaxud 1,83 dollar ucuzlaşaraq 46,86 ABŞ dolları təşkil edib.
"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 1,4% və ya 0,67 dollar bahalaşaraq 48,36 dollara çatıb.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı proqnozlaşdırılır.