Bakı. 13 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,51% bahalaşaraq 43,08 dollar təşkil edib.
"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,98% yaxud 0,48 dollar artaraq 49,66 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.