Braziliyanın "Petrobras" neft şirkəti neft hasilatını azaldır

Braziliyanın "Petrobras" neft şirkəti neft hasilatını azaldır Edrian Lara: "Şirkət yaxın iki il üçün büdcəni azaltmalı olduğundan, inkişaf planlarını təxirə salmağa məcburdur"
Energetika
24 Dekabr , 2015 19:36
Braziliyanın Petrobras neft şirkəti neft hasilatını azaldır

Bakı. 24 dekabr. REPORT.AZ/ Braziliyanın "Petrobras" neft şirkəti neft hasilatını azaltmalı olacaq. "Report" "World Oil"a istinadən xəbər verir ki, bu barədə "Global Data" tədqiqat və konsaltinq firmasının baş analitiki Edrian Lara məlumat verib.

Şirkətin planlarına görə, 2020-ci ilə qədər Braziliyanın neft hasilatının 65%-i məhz karbohidrogen yataqlardan alınmalıdır. Neft kəşfiyyatına əsasən, bu qatlarda 11,6 milyard barel istifadə oluna biləcək ehtiyat var.

Amma belə irimiqyaslı planların reallaşdırılması gəmi hasilatı və neftin saxlanılmasından, eləcə də qazma tempi və quyuların sayından asılıdır. "Petrobras"ın borclarının 100 milyard dollardan çox olması isə bu mənada şirkətin perspektivlərini çox zəiflədir.

"Petrobras" kapital yatırımı planlaşdırırdı və hasilat proqnozunu neft-qaz tarixinin ən nəhəng korrupsiya qalmaqalından əvvəl vermişdi. İndi isə şirkət yaxın iki il üçün büdcəni azaltmalı olduğundan, inkişaf planlarını təxirə salmağa məcburdur", - deyə E.Lara bildirib.

Son xəbərlər

Orphus sistemi