​BP-nin regional prezidenti: "Bizim üçün yeni podratçı tapmaq çətin deyil"

​BP-nin regional prezidenti: "Bizim üçün yeni podratçı tapmaq çətin deyil" Qordon Birrel: "Yaxşı lider idarəçiliyində olan şirkətdə yaxşı təhlükəsizlik sistemi qurur"
Energetika
15 Aprel , 2015 12:58
​BP-nin regional prezidenti: Bizim üçün yeni podratçı tapmaq çətin deyil

Bakı. 15 aprel. REPORT.AZ/ "BP şirkəti fəaliyyətində əməkdaşları və podratçılarına qarşı üç əsas tələbi irəli sürür. Bu, etika, təhlükəsizlik və səmərəlilik prinsipləridir. Əgər podratçımız buna əməl etmirsə, onunla əməkdaşlığımız sona yetir. Bizimlə əməkdaşlıq etmək istəyən xeyli sayda şirkət var, yeni podratçı tapmaq bizim üçün çətin deyil".

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrel bu gün Bakıda sağlamlıq və əməyin mühafizəsi mövzusunda işə başlayan beynəlxalq sammitdə deyib.

Onun sözlərinə görə, iş yerində təhlükəsizlik birbaşa olaraq liderə aid olan məsələdir: "Yaxşı lider idarəçiliyində olan şirkətdə yaxşı təhlükəsizlik sistemi qurur. İş vaxtı qəza olanda biz adətən işçini günahlandırırıq, amma bu düzgün deyil, çünki işçiyə iş prosesi, çətin və təhlükəli işlərlə bağlı təlimlər keçilməli, məlumatlar verilməlidir. Buna da birbaşa lider nəzarət etməlidir. Şimal dənizində baş verən böyük qəzadan sonra qarşımıza məqsəd qoymuşuq ki, bir daha belə bir problemimiz olmasın və işçilərin təhlükəsizliyi maksimum təmin olunsun".

Q.Birrel qeyd edib ki, BP təhlükəsizlik məsələlərində ABŞ-ın KPI təhlükəsizlik kodundan istifadə edir. Həm işçilərin, həm də ətraf mühitin qorunması sahəsində şirkətin vacib tədbirləri var: "Əsas məqsədlərdən biri də Azərbaycan hökuməti ilə yüksək təhlükəsizlik mədəniyyətinə sahib əməkdaşlığımızı genişləndirmək və inkişaf etdirməkdir".

Son xəbərlər

Orphus sistemi