"BP-Azerbaijan": BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub

"BP-Azerbaijan": BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir
Energetika
22 Avqust , 2016 14:22
BP-Azerbaijan: BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısının sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə 6 azərbaycanlı vitse-prezident daxildir.

"BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi