Bakı. 26 avqust. REPORT.AZ/ Trans-Xəzər Qaz Kəməri Avropaya enerjidaşıyıcıları idxalının diversifikasiyası baxımından böyük əhəmiyyətə malikdir. "Report" xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovla görüşü zamanı deyib.
Baş nazir, həmçinin bu kəmərin işə düşməsindən sonra Bolqarıstanın Türkmənistandan Türkiyə və Yunanıstan vasitəsi ilə intermodal formada (alternativ nəqletmə vasitələri ilə) qaz əldə edəcəyini deyib.
B.Borisov bolqar şirkətlərinin Türkmənistanda kəşfiyyat, neft-qaz hasilatı, həmçinin elektrik enerjisi və neft-qaz infrastrukturuna texniki təchizat xidmətlərinin göstərilməsində maraqlı olduqlarını açıqlayıb.