Bolqarıstan energetika naziri Azərbaycana səfər edəcək

Bolqarıstan energetika naziri Azərbaycana səfər edəcək T.Petkovanın səfərinin əsas məqsədi "Cənub Qaz Dəhlizi" ilə bağlı görüşdə iştirak etməkdir
Energetika
6 Fevral , 2015 12:06
Bolqarıstan energetika naziri Azərbaycana səfər edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Bolqarıstan energetika naziri Temenujka Petkova Azərbaycana səfər edəcək.

Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazirin səfəri fevralın 12-də baş tutacaq. 

T.Petkovanın səfərinin əsas məqsədi "Cənub Qaz Dəhlizi" ilə bağlı görüşdə iştirak etməkdir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Konsultativ Şuranın ilk iclası 2015-ci ilin fevral ayında Bakıda keçiriləcək. Görüşdə layihənin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələr veriləcək. 

Son xəbərlər

Orphus sistemi