Bir sıra rayonlarda qaz məhdudiyyəti olacaq

Bir sıra rayonlarda qaz məhdudiyyəti olacaq Aparılan işlərin Bakının bir sıra kəndlərinə təsir göstərməsi də mümkündür
Energetika
18 Avqust , 2015 14:54
Bir sıra rayonlarda qaz məhdudiyyəti olacaq

Bakı. 18 avqust. REPORT.AZ/ Avqustun 19-da saat 10:00-dan 18:00-dək Qusar rayonun Balaqusar, Urva və Qazmalar, Balakən rayonun Katex və Beret, Ağdam rayonun Quzanlı, Kövər, Malbinəsi və Qoyunbinəsi, Qazax rayonun Daşsalahlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Maştağa” və “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Balakən” və ''Katex'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Kövər”, ''Bərdə'', ''Tərtər'', ''Tərtər-2'', ''Kətəlparaq'', ''Ağdam 4 yol'', Qazax magistral qaz kəmərləri sahəsinin “Semzavod”, Astara magistral qaz kəmərləri sahəsinin “Qaratəpə'', “İmişli” və “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Bakı şəhərinin Xətai rayonu və Maştağa kəndinin, eləcə də Tərtər, Ağdam, Bərdə, Sabirabad, Saatlı və İmişli rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi