​“Bibiheybətneft” NQÇİ bu ilin ilk yarısında 4 min tondan çox neft hasil edib

​“Bibiheybətneft” NQÇİ bu ilin ilk yarısında 4 min tondan çox neft hasil edib İki nasosxana və iki inzibati binanın tikintisi plana uyğun olaraq davam etdirildiyi, bir ədəd paylayıcı qurğunun isə özülü atıldığı açıqlanıb
Energetika
8 İyul , 2015 16:57
​“Bibiheybətneft” NQÇİ bu ilin ilk yarısında 4 min tondan çox neft hasil edib

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi cari ilin birinci yarısında məhsuldarlığın artırılması üçün İdarədə aparılmış 90 geoloji tədbir nəticəsində əlavə olaraq 4 008 ton neft, 197 texniki tədbir nəticəsində isə 801 ton əlavə neft alınıb. "Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 44 quyuda əsaslı təmir, 2 219 quyuda yeraltı təmir işləri həyata keçirilib.

Quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədi ilə 4 ədəd uzun müddət işləyəbilən səyyar qaldırıcı yenisi ilə əvəz olunub və 40 quyuda abadlıq işləri aparılıb.

Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəzlənib. Eyni zamanda, neftin və suyun kompleks hazırlanması və nəqli sexinin əmtəə çənlər parkının tikintisinə başlanılıb, 2 ədəd 1 000 kubmetrlik, 3 ədəd 2 000 kubmetrlik çənin özülü hazırlanaraq döşəməsi qaynaq olunub.

İki nasosxana və iki inzibati binanın tikintisi plana uyğun olaraq davam etdirildiyi, bir ədəd paylayıcı qurğunun isə özülü atıldığı açıqlanıb.

Bu ilin ilk yarısında 4,5 hektarlıq sahədə torpaqlanma işləri aparılmış, ərazi qurudularaq 17 100 kubmetr torpaq daşınıb, yaşıllıqlar salınıb, yeni damcı-su sistemi quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi