​Bərdə və Kürdəmir rayonlarının daha 4 kəndinə təbii qaz verilib

​Bərdə və Kürdəmir rayonlarının daha 4 kəndinə təbii qaz verilib Həmçinin Sərkarlar kəndində uzunluğu 10 809 metr olan qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb
Energetika
25 Avqust , 2015 15:22
​Bərdə və Kürdəmir rayonlarının daha 4 kəndinə təbii qaz verilib

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Bərdə rayonunun Mollaməmmədli, Gülgəzli və Sərkarlar, eləcə də Kürdəmir rayonunun Karrar kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayonunda 113 abonenti olan Mollaməmmədli kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 405 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyi, 113 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığı deyilib.

140 abonenti olan Gülgəzli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 4193 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məlumata görə, həmçinin 70 abonentlik Sərkarlar kəndində uzunluğu 10 809 metr olan qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Kürdəmir rayonunun 459 abonenti olan Karrar kəndinə təbii qazın verilişinin bərpası məqsədilə birpilləli sistem əsasında 38 627 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 459 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi