Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 23-də Bərdə rayonunun Qullar kəndinə, eləcə də Beyləqan rayonunun Örənqala və Baharabad kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Açılış mərasimlərində həmin rayonların icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
124 abonenti olan Bərdə rayonunun Qullar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3 176 metr müxtəlif diametrli polietilen və uzunluğu 8 307 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
361 abonenti olan Beyləqan rayonunun Örənqala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 15 095 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 361 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 135 abonenti olan Baharabad kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında uzunluğu 8 076 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 135 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.