​Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə qaz verilib

​Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə qaz verilib Tədbirdə "Azəriqaz" İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
1 Aprel , 2015 16:56
​Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə qaz verilib

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 1-də Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumatda 202 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 944 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyi, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığı deyilir.

Son xəbərlər

Orphus sistemi