Bərdə rayonunun daha 3 kəndinə qazın verilişi bərpa edilib

Bərdə rayonunun daha 3 kəndinə qazın verilişi bərpa edilib Ümumilikdə, 378 abonent qazla təmin olunub
Energetika
14 Mart , 2016 18:09
Bərdə rayonunun daha 3 kəndinə qazın verilişi bərpa edilib

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bərdə rayonunun daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 378 abonenti olan Həsənli, Qaratəpə və Mollaisalar kəndlərinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 29 019 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi