Bakı. 8 sentyabr. REPORT.AZ/ Avropanın enerji şirkətləri Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 17%-nin alınmasına maraqlıdır. "Report" xəbər verir ki, bu barədə Belçika mediasında qeyd olunub.
Belçika mediasının qeyd etdiyinə görə, bu ölkənin "Fluxys" şirkəti DESFA-nın hissələrini almaq istəyən şirkətlər arasındadır.
"İtaliyanın iki şirkəti - "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas" şirkəti, Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkəti də DESFA-nın 17%-nin alınmasında maraq göstərən şirkətlər arasındadır. "Fluxys" şirkətində 2,1% paya malik olan Belçika Milli İnvestisiya Fondu (SFPI - Societe Federale de Participations et d’Investissement) 30 mln. avro ilə DESFA-da 5%-ın alınmasında iştirak edə bilər", - deyə məqalədə bildirilir.
Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən Azərbaycan Dövlət Neft Şirkəti (
Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini deyib.
Xatırladaq ki, “Fluxys” şirkəti "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsində 19%, “Enagas” isə 16% paya malikdir.