​Belarusda yeni neft yataqları kəşf olunub

​Belarusda yeni neft yataqları kəşf olunub Ölkədə ildə 1,6 mln. ton neft hasil edilir
Energetika
26 Avqust , 2015 16:32
​Belarusda yeni neft yataqları kəşf olunub

Bakı. 26 avqust. REPORT.AZ/ Belarus ərazisində böyük neft ehtiyatı olan yeni yataqlar kəşf edilib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Minskdə keçirdiyi mətbuat konfransında Belarusun təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi naziri Andrey Kovxuto bildirib.

"Bu yaxınlarda böyük ehtiyata malik yeni neft yataqları kəşf edilib. Hazırda hesablamalar aparılır. Həmin yataqlar tezliklə hasilatçı "Belarusneft" təşkilatına veriləcək", - nazir vurğulayıb.

Nazirin sözlərinə görə, yeni yataqlar Qomel vilayətinin ərazisində, Pripyat çuxurunda yerləşir.

A.Kovxuto bildirib ki, Belarus ildə 1,6 mln. ton neft hasil edir. O, hazırda "Belarusneft"lə birgə fəaliyyət göstərdiklərini və gələcəkdə başqalarını, o cümlədən dünya əhəmiyyətli şirkətləri də ölkəyə dəvət edəcəklərini söyləyib: "Yeni yataqlar nazirliyin yerli icra qurumlarına verilib".

Son xəbərlər

Orphus sistemi