BƏƏ-də neftin barelinin 50 dollar olmasını bəşəriyyət üçün hədiyyə hesab edirlər

BƏƏ-də neftin barelinin 50 dollar olmasını bəşəriyyət üçün hədiyyə hesab edirlər Əl-Mənsuri: "İstərdik ki, qiymətlər 70, 80 dollara qalxsın"
Energetika
26 Oktyabr , 2015 13:40
BƏƏ-də neftin barelinin 50 dollar olmasını bəşəriyyət üçün hədiyyə hesab edirlər

Bakı. oktyabr 26. REPORT.AZ/ "Neftin 1 barelinin qiymətinin 50 dollar olması bəşəriyyət üçün hədiyyədir. Çünki bu, iqtisadi artımı sürətləndirəcək". "Report" RBK-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin İqtisadi İnkişaf Departamentinin rəhbəri Əli əl-Mənsuri deyib.

Departament başçısı neftin qiymətini hansı səviyyədə görmək istədiklərini də açıqlayıb: "Neftin barelinin 50 ABŞ dolları səviyyəsində qalmasını istəyirik? Əlbəttə ki, xeyr. İstərdik ki, qiymətlər 70, 80 dollara qalxsın. Amma daha yüksək qiymətlər iqtisadi artıma mənfi təsir edir".

Əl-Mənsurinin fikrincə, 2014-cü ildə rekord dərəcədə aşağı düşən neftin qiyməti 2016-cı ildə 60 ABŞ dolları civarında olacaq.

Son xəbərlər

Orphus sistemi