Batumi limanından neft nəqli 17% azalıb

Batumi limanından neft nəqli 17% azalıb Bu ilin dörd ayı ərzində 1,128 mln. ton neft və neft məhsulları daşınıb
Energetika
5 May , 2016 09:47
Batumi limanından neft nəqli 17% azalıb

Bakı. 5 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Batumi limanından (Qara dəniz) neft və neft məhsullarının daşınması əvvəlki ilin müvafiq dövründən 17,4% az olub.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə terminalın rəsmisi bildirib.

Adının çəkilməsini istəməyən şəxs qeyd edib ki, Qazaxıstanın "KazMunaiGas" enerji şirkəti tərəfindən idarə olunan terminaldan bu ilin dörd ayında 1,128 mln. ton neft və neft məhsulları daşınıb, ötən ilin analoji dövründə isə bu rəqəm 1,365 mln. ton təşkil edib. Aprel ayında isə terminaldan nəql 320,470 min ton olub.

Qeyd edək ki, terminal vasitəsilə 2015-ci ildə 3,616 mln. ton neft və neft məhsulları göndərilib. Azərbaycan, Qazaxıstan, Türkmənistandan xam neft və neft məhsulları Gürcüstanın Qara dəniz limanları - Batumi, Supsa, Poti və Kulevi terminalı ilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi