Baş nazirin müavini: "Ukrayna Azərbaycan neftinin tədarükündə maraqlıdır"

Baş nazirin müavini: "Ukrayna Azərbaycan neftinin tədarükündə maraqlıdır" Azərbaycanın Ukraynanın neft-qaz sənayesinə investisiya qoymaq imkanları müzakirə edilib
Energetika
1 İyul , 2016 16:17
Baş nazirin müavini: Ukrayna Azərbaycan neftinin tədarükündə maraqlıdır

Bakı. 1 iyul. REPORT.AZ/ "Rəsmi Kiyev Azərbaycan neftinin Ukrayna neft emalı zavodlarına tədarükünün təşkilində və onun Ukrayna ərazisindən tranzit yolla keçməsində maraqlıdır".

"Report" Ukraynanın hökumət portalına istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə Hökumətlərarası Komissiyasının 11-ci iclasında deyib.

"Bu gün ölkəmizdə həm neftin tədarükü, həm də tranzit yolla Avropaya daşınması üçün bütün lazımi texniki imkanlar yaradılıb. Bundan başqa, biz Azərbaycanın Ukraynanın neft-qaz sənayesinə investisiya qoymaq imkanlarını müzakirə etdik", - deyə G.Zubko bildirib.

Baş nazir müavininin sözlərinə görə, tərəflər həmçinin "Drujba" neft kəmərinin cənub qolundan istifadə etməklə yüngül neft sortlarının Çexiya, Slovakiya və Macarıstan istiqamətində təchizatının təşkili perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi