Sabahdan Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabahdan Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının qarşısının alınmasıdır
Energetika
21 İyun , 2016 20:04
Sabahdan Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı şəhəri Sabunçu, Binəqədi, Səbail və Nərimanov rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumatına görə, buna səbəb yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə iyunun 22-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli, T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi