​Bakının dörd rayonunda və Abşeronda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

​Bakının dörd rayonunda və Abşeronda təbii qaz təchizatında məhdudiyyətlər olacaq Qaz təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək
Energetika
13 Yanvar , 2016 08:52
​Bakının dörd rayonunda və Abşeronda təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakının dörd rayonunda, habelə Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi