​"Bakıelektrikşəbəkə" qış mövsümünə hazırlaşır

​"Bakıelektrikşəbəkə" qış mövsümünə hazırlaşır Elektrik xətləri və yarımstansiyalara baxış keçirilib
Energetika
19 Noyabr , 2014 13:02
​Bakıelektrikşəbəkə qış mövsümünə hazırlaşır
Bakı. 19 noyabr. REPORT.AZ/ "Bakıelektrikşəbəkə" ASC payız-qış mövsümünə hazırlıq məqsədi ilə ümumilikdə 12 ədəd 110 kV-luq, 72 ədəd 20 və 35 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və müəyyən edilmiş nasazlıqların aradan qaldırılması, rele mühafizə və avtomatik vasitələr, nəzarət-ölçü cihazlarının profilaktik yoxlanılması, metal konstruksiyaların təmiri və rənglənməsi işlərini yerinə yetirib. Bu barədə "Report"a qurumun mərkəzi ofisindən məlumat verilib.

Bu məqsədlə Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin elektrik təchizatının dayanıqlığı və etibarlılığını təmin edən 110 kV-luq dairəvi elektrik təchizatı sisteminə daxil olan 110/35/6 kV-luq 230 saylı, 110/35/6 kV-luq  "BMKZ", 110/35/6 kV-luq 227 saylı, 110/35/10 kV-luq "Liman", 110/35/6 kV-luq "İçərişəhər", 110/35/6 kV-luq "Bayıl", 110/35/6/10 kV-luq "Badamdar" yaırmstansiyalarında və bu stansiyalar arasında olan 110 kV-luq kabel xətlərinin kanallarında təftiş işləri aparılıb. Həmçinin, 98 km 110 kV-luq, 230 km 35 kV-luq hava xətlərində təmir və profilaktika işləri aparılaraq, xətlərdəki ilgəclər, dayaqlardakı bolt birləşmələri yoxlanılıb.

Qurumdan verilən məlumata görə, 7 ədəd 110 kV-luq yarımstansiyada ( "Yasamal-1", "Yasamal-2", "Bayıl", "Dağlıq", "Dərnəgül-1", 227 və "Xoca Həsən") transformatorların yük altında təmizləyici qurğuları təftiş olunub və müvafiq vəziyyətə gətirilib, 110/35/10 kV-luq "Günəşli", "Bakıxanov", "Dağlıq", "Dərnəgül-2", "Radiozavod" yarımstansiyalarında transformatorların soyutma sistemləri təmir olunub, bu işlər 32 ədəd 35 kV-luq yarımstansiyalarda da aparılıb.

Qeyd edək ki, payız-qış mövsümünə hazırlıq işləri digər rayon və qəsəbələrdə də aparılıb.

Son xəbərlər

Orphus sistemi