Bakı-Supsa boru kəmərinin marşrutu dəyişə bilər

Bakı-Supsa boru kəmərinin marşrutu dəyişə bilər Nazir Kaxa Kalaldze : "Söhbət yeni 1500-1600 metrlik sahənin tikintisindən gedir"
Energetika
13 İyul , 2015 10:10
Bakı-Supsa boru kəmərinin marşrutu dəyişə bilər

Bakı. 13 iyul. REPORT.AZ/ "Bakı-Supsa boru kəmərinin işləməsi üçün problem yaranarsa, alternativ layihə həyata keçiriləcək". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavini, energetika naziri Kaxa Kalaldze bildirib.

Onun sözlərinə görə, bu məsələ artıq bir dəfə Gürcüstanın baş naziri ilə də müzakirə olunub: "Tikanlı tellərdən ibarət hasarın çəkilməsi problem yarada bilərdi. Gerçəkləşməsi üçün heç bir problem olmayacaq alternativ layihələr də mövcuddur. Əgər bu boru kəmərinə konkret təhlükə görsək, o zaman yeni xətti çəkəcəyik. Söhbət yeni 1 500-1 600 metrlik sahənin tikintisindən gedir, layihə artıq mövcuddur. Əgər problem yaranarsa, onda bu layihəni gerçəkləşdirəcəyik".

Qeyd edək ki, Gürcüstanın Tsxinvali bölgəsində tikanlı tellər bir neçə yüz metr də Gürcütanın ərazisində içəriyə doğru çəkilib və nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tanınmamış Cənubi Osetiyanın ərazisində qalıb.

Son xəbərlər

Orphus sistemi