Bakı Neft Emalı Zavodunda yeni kompressor aqreqatı quraşdırılıb

Bakı Neft Emalı Zavodunda yeni kompressor aqreqatı quraşdırılıb Kompressorun yüksüz və yük rejimində işə buraхılması tədbirlərinin yerinə yetirilməsi başa çatdırılıb
Energetika
4 Mart , 2015 14:32
Bakı Neft Emalı Zavodunda yeni kompressor aqreqatı quraşdırılıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hеydər Əliyеv аdınа Bakı Neft Emalı Zavodunun 13 N-li sahəsində 2BM4-24/9C markalı kompressor aqreqatı quraşdırılıb. 

 "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, idarəetmə şkaflarında işəburaxma-sazlama işləri aparılıb, kompressorun yüksüz və yük rejimində işə buraхılması tədbirlərinin yerinə yetirilməsi başa çatdırılıb və kompressor istismara verilib.

Qeyd edək ki, inert qazı olan azotla regenerasiya prosesi aparılır, təmir işləri zamanı boru xətləri və aparatlar üfürülür, sınaqlar, analizlər olunur. Azot qazı zavodun istehsalat və sahələrinə 2CHM-24/9 tipli kompressorlarla nəql edilir.

Son xəbərlər

Orphus sistemi