​“Azərenerji” bu il 250 istehlakçını cərimələyib

​“Azərenerji” bu il 250 istehlakçını cərimələyib Yoxlamalar zamanı itirilmiş 1,9 mln. KVt/saat elektrik enerjisinin istehlak dəyəri bərpa edilib
Energetika
29 Oktyabr , 2014 12:26
​“Azərenerji” bu il 250 istehlakçını cərimələyib

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin Göygöl Elektrik Şəbəkəsində apardığı reydlər zamanı 54 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Bu barədə "Report"a “Azərenerji”nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin istehlakçıların 449,8 min KVt/saata yaxın itirilmiş elektrik enerjisinin 27 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin məbləğin 82%-ə yaxın hissəsinin ödənişi təmin edilib.

Xatırladaq ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 250-dən çox istehlakçının qayda pozması faktı aşkar edilərək 1,898 mln. KVt/saata yaxın itirilmiş elektrik enerjisinin 113,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Son xəbərlər

Orphus sistemi