Azərbaycan və İran energetika sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və İran energetika sahəsində əməkdaşlığı genişləndirir Parsabad-İmişli elektrik xəttinin tikintisi yaxın yarım il ərzində tamamlanacaq
Energetika
18 Sentyabr , 2014 15:36
Azərbaycan və İran energetika sahəsində əməkdaşlığı genişləndirir
Bakı. 18 sentyabr. REPORT.AZ/ Yaxın altı ay ərzində Parsabad-İmişli elektrikötürücü xəttinin tikintisi başa çatdırılacaq. Bu, İran və Azərbaycan arasında enerji mübadiləsini 600 MVt-a qədər artırmağa imkan verəcək. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın energetika naziri Həmid Çitçiyanla Tehranda keçirilən görüşündə bildirilib.

Görüşdə qeyd olunub ki, bu layihənin həyata keçirilməsi iki ölkənin birləşmiş enerji sisteminin sabitliyini artıracaq. 

Tərəflər həmçinin sərhəd zonasında 1000 MVt gücündə elektrik stansiyası tikməyi planlaşdırır. Məsələni ekspert səviyyəsində tədqiq etmək və yeni təkliflər hazırlamaq haqqında qərar qəbul olunub.

Bununla yanaşı, görüşdə alternativ enerji mənbələrindən istifadə imkanları sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi