​Azərbaycan Rusiyaya qaz satışını dayandırıb

​Azərbaycan Rusiyaya qaz satışını dayandırıb Bu gündən etibarən Azərbaycan Rusiyaya təmir işləri ilə əlaqədar qaz nəqlini müvəqqəti olaraq dayandırıb
Energetika
3 Sentyabr , 2014 18:07
​Azərbaycan Rusiyaya qaz satışını dayandırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Azərbaycan Rusiyaya təmir işləri ilə əlaqədar qaz nəqlini müvəqqəti olaraq dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın “Ria Novisti” agentliyi məlumat yayıb. ARDNŞ-dən agentliyə verilən məlumata görə qazın nəqlinin dayandırılması - Şirvanovka-Mozdok qaz kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Fəaliyyəti dayandırılana qədər bu kəmər hər gün 2 milyon kub metrə qədər qaz ötürürmüş. Cari ilin əvvəlindən ikinci dəfədir ki, fəaliyyətini dayandıran kəmərin yenidən istismara veriləcəyi vaxt məlum deyil.

Birinci dəfə Bakı-Quba avtomobil yolunun Rusiya sərhədinə yaxın hissəsində təmir işləri ilə əlaqədar yanvarda fəaliyyəti dayandırılan qaz kəmərinin fəaliyyəti iyunda bərpa edilib.

ARDNŞ və “Qazprom” arasında 2010-cu ilin sentyabrında imzalanmış razılığa əsasən bu qaz kəməri hər il 2 milyard kub metr qaz ötürməlidir və 2011-2012-ci illərdə 2 milyard kub metr qaz ixrac edilib. Amma 2013-cü ildə Rusiya əlavə qaz almaq istəmədiyi üçün 2013-cü ildə ixrac 1,37 milyard kub metr olub.

Son xəbərlər

Orphus sistemi