Azərbaycan bu il 5,5 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan bu il 5,5 mlrd. kubmetr qaz ixrac edib Pul ekvivalentində qaz ixracı 57% azalıb
Energetika
16 Sentyabr , 2014 12:07
Azərbaycan bu il 5,5 mlrd. kubmetr qaz ixrac edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycandan 5,475 mlrd. kubmetr təbii qaz ixrac olunub. Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdən gömrük bəyannamələri ilə 225,242 mln. ABŞ dolları həcmində 1,324 mlrd. kubmetr qaz ixrac edilib. 

Ötən ilin eyni dövrü ilə müqayisədə pul ekvivalentində qaz ixracı 56,95% azalıb. Ölkənin ümumi ixracının həcmində qazın payı 1,47%-ə düşüb. 

Qeyd edək ki, sayğacların göstəricilərinə əsasən, 2013-cü ildə Azərbaycandan 7,294 mlrd. kubmetr təbii qaz ixrac olunub. Həmin həcmdən gömrük bəyannamələri ilə 701,980 mln. dollar dəyərində 3,035 mlrd. kubmetr qaz ixrac edilib. 

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiya, Gürcüstan və Naxçıvan Muxtar Respublikası üçün İrana qaz ixrac edir. Həmçinin, "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə təbii qaz ixracını həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi