Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində "2015-2016-cı illərdə gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi Proqramı"na uyğun olaraq növbəti seminar keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, proqramın təşkilatçılığını həyata keçirən İB-nin texniki şöbəsinin rəisi Əlövsət Bağırov bu proqramın məqsədlərindən söz açıb.
O, dövrün tələblərinə cavab verən, müasir texnologiyalardan xəbərdar olan savadlı kadrların yetişdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Sonra “Azneft” İB-nin və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən “Neftvurma (nəql) nasosları haqqında”, “Neft-qazçıxarmada yaranan mürəkkəbləşmələr və onların həlli yolları” və “Neft veriminin artırılması üsulları” barədə məruzə və çıxışlar dinlənilib.
Seminarda “Azneft” İB-nin 70-dən çox gənc mütəxəssisi iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.