“Azneft”də SOCAR-ın mülki müdafiə tədbirləri planı üzrə metodiki iclas keçirilib

“Azneft”də SOCAR-ın mülki müdafiə tədbirləri planı üzrə metodiki iclas keçirilib İclasda il ərzində nəzərdə tutulan tədbirlər planı müzakirə olunub
Energetika
29 Fevral , 2016 11:15
“Azneft”də SOCAR-ın mülki müdafiə tədbirləri planı üzrə metodiki iclas keçirilib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2016-cı il üçün mülki müdafiə tədbirləri planı”na müvafiq olaraq, SOCAR-ın idarə və müəssisələri nümayəndələrinin iştirakı ilə növbəti metodiki iclas keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, iclasda il ərzində nəzərdə tutulan tədbirlər planı müzakirə olunub, yerinə yetiriləcək mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqləri, eləcə də 1 mart - Mülkü Müdafiə günü ilə bağlı həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlər barədə ətraflı məlumat verilib, bu sahədə maarifləndirmə və təbliğat işinin əhəmiyyəti vurğulanıb. SOCAR-ın struktur vahidlərinin mülki müdafiə şöbə və qərargah rəisləri qarşısıda duran məsələlərdən danışıb, fövqəladə vəziyyəti yaradan səbəblərin aradan qaldırılması haqqında çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi