"Azərişıq" yanan bina sakinlərinin işıq pulu borcunu öz üzərinə götürüb

"Azərişıq" yanan bina sakinlərinin işıq pulu borcunu öz üzərinə götürüb “Azərişıq” bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür
Energetika
21 May , 2015 16:08
Azərişıq yanan bina sakinlərinin işıq pulu borcunu öz üzərinə götürüb

Bakı. 21 may. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında mayın 19-da yanan çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları "Azərişıq" ASC-nin hesabına ödənilib. Bu barədə "Report"a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

Xatırladaq ki, mayın 19-da paytaxtın Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub və 15 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi